Ödənişli xidmətlər haqqında
08.05.2017 00:00
2017-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 96,9 faiz təşkil edərək 1195639,9 min manat olmuşdur. Xidmətlərin 55,7 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 665724,5 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 529915,4 min manat olmuşdur.