Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
08.05.2017 00:00
2017-ci ilin yanvar-fevral aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,9 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 13,7 faiz artaraq 791 manat təşkil etmişdir.
2017-ci ilin yanvar-fevral aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,9 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 972,7 manat təşkil etmişdir.
Cari ilin yanvar ayında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 711 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 1249,8 manat təşkil etmişdir.