Ödənişli xidmətlər haqqında
30.05.2017 00:00
2017-ci ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 97,1 faiz təşkil edərək 1588516,5 min manat olmuşdur. Xidmətlərin 56,6 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 899837,4 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 688679,1 min manat olmuşdur.