Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2017-ci ilin yanvar-mart aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,7 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 12,7 faiz artaraq 822,8 manat təşkil etmişdir. 2017-ci ilin yanvar-mart aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,5 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artaraq 1049,9 manat təşkil etmişdir. Cari ilin yanvar-mart aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 740,8 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 12,5 faiz artaraq 1391,3 manat təşkil etmişdir.