Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
29.03.2011 00:00
2011-ci ilin yanvar ayında nəqliyyat müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 44,6 min nəfər nəfər təşkil etmişdir.
İşçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,5 faiz artaraq 491,8 manat olmuşdur.
Rabitə müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 15,8 min nəfərdir. Bir işçinin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz artaraq 646,7 manat olmuşdur. Cari ilin yanvar ayında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 427,2 manat olmuşdur, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artmışdır. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı 934,3 manat təşkil etmişdir.