Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2017-ci ilin yanvar-may aylarında Bakı şəhərində Ali neft məktəbinin yeni kampusu, Pirallahı rayonunda körpü istifadəyə verilmişdir. 2017-ci ilin yanvar-may aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5298,1 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 30,9 faizi dövlət, 69,1 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 32,9 faizini təşkil etmişdir. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 3553,9 milyon manat vəsait yönəldilmişdir. 2017-ci ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 73,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,1 faizini əsaslı təmir, 3,3 faizini cari təmir, 18,5 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 89,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.