Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
30.06.2017 00:00
2017-ci ilin yanvar-aprel aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,8 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 12,9 faiz artaraq 823,5 manat təşkil etmişdir.
2017-ci ilin yanvar-aprel aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,6 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artaraq 1069,7 manat təşkil etmişdir.
Cari ilin yanvar-aprel aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 746,2 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 16,0 faiz artaraq 1421,7 manat təşkil etmişdir.