Əmək haqqı
29.03.2011 00:00
2011-ci ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 18,5 faiz artaraq 482,6 manat olmuşdur.
Ən yüksək orta aylıq əmək haqqı sənaye, tikinti, bank və daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərən təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı səhiyyə və sosial xidmətlər, təhsil, digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və sair sahələrdəki müəssisə və təşkilatlarda çalışan işçilərdə olmuşdur.