Tikintinin əsas göstəriciləri
31.08.2017 00:00
2017-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində Ali neft məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik stansiyası istifadəyə verilmişdir.
2017-ci ilin yanvar-iyul aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8049,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 28,9 faizi dövlət, 71,1 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 70,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
2017-ci ilin yanvar-iyul aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 72,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,3 faizini əsaslı təmir, 3,3 faizini cari təmir, 19,2 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.