Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2017-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-iyul aylarına nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artaraq 10304,9 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 4672,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,4 faiz artaraq 5632,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 18,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 68,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Cari ilin yanvar-iyul aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 25,5 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 dəfə çox istehlak məhsulları satılmışdır. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,4 faizi hüquqi şəxslərdən, 2,6 faizi isə fərdi sahibkarlardan alınmışdır. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunmuşdur.