İctimai iaşə
31.08.2017 00:00
2017-ci ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artaraq 494,0 milyon manat olmuşdur. Dövriyyənin 43,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 56,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 19,6 faiz artaraq 213,7 milyon manat təşkil etmişdir.