Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2017-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində Ali neft məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik stansiyası, Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolu istifadəyə verilmişdir. 2017-ci ilin yanvar-avqust aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9109,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox vəsait yönəldilmişdir. Ümumi sərmayənin 30,8 faizi dövlət, 69,2 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. 2017-ci ilin yanvar-avqust aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 71,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,4 faizini əsaslı təmir, 3,4 faizini cari təmir, 20,0 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 88,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.