Ödənişli xidmətlər haqqında
26.09.2017 00:00
2017-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 99,1 faiz təşkil edərək 3075695,3 min manat olmuşdur. Xidmətlərin 63,0 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1938698,8 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 1136996,5 min manat olmuşdur.