Əmək haqqı
26.09.2017 00:00
2017-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 7,6 faiz artaraq 777,9 manat olmuşdur.
Ən yüksək orta aylıq əmək haqqı sənaye, tikinti və bank, icarə və istehlakçılara xidmət göstərən təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı səhiyyə və sosial xidmətlər, təhsil, digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və sair sahələrdəki müəssisə və təşkilatlarda çalışan işçilərdə olmuşdur.