Sənayenin inkişafı haqqında
31.10.2017 00:00
2017-ci ilin yanvar-sentyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,1 faiz azalaraq 24,0 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 81,7 faizi mədənçıxarma, 15,9 faizi emal, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 81,3 faiz olmuşdur. Ümumi istehsalın 86,2 faizi sənaye məhsulunun istehsalı, 13,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2017-ci il vəziyyətinə 365,7 milyon manatlıq hazır məhsul olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 12,8 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.