Ödənişli xidmətlər haqqında
31.10.2017 00:00
2017-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 100,1 faiz təşkil edərək 3627906,3 min manat olmuşdur. Xidmətlərin 60,9 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 2208134,3 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 1419772,0 min manat olmuşdur.