Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
31.10.2017 00:00
2017-ci ilin yanvar-avqust aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 52,1 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 13,1 faiz artaraq 850,9 manat təşkil etmişdir.
2017-ci ilin yanvar- avqust aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,6 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,0 faiz artaraq 1088,7 manat təşkil etmişdir.
Cari ilin yanvar-avqust aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 770,8 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 16,4 faiz artaraq 1428,8 manat təşkil etmişdir.