Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Balaxanı Sənaye Parkı, Bakı-Tbilisi-Qars dəmir yolu, Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolu istifadəyə verilmişdir. 2017-ci ilin yanvar-oktyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11301,8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 34,0 faizi dövlət, 66,0 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. 2017-ci ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,8 faizini əsaslı təmir, 3,8 faizini cari təmir, 20,2 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 87,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.