Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı
29.11.2017 00:00
2017-ci ilin yanvar-sentyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 52,3 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 12,9 faiz artaraq 851,1 manat təşkil etmişdir.
2017-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,6 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 1105,4 manat təşkil etmişdir.
Cari ilin yanvar-sentyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 785,1 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 15,9 faiz artaraq 1449,3 manat təşkil etmişdir.