Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2011-ci ilin yanvar-mart aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına 66,1 milyon manat əsas fondlar istifadəyə verilmişdir. 2011-ci ilin yanvar-mart aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 29118 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2011-ci ilin yanvar-mart aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 671,9 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,9 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 598,7 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 73,2 milyon manatlıq vəsaitdən istifadə edilmişdir. 2011-ci ilin yanvar-mart aylarında 121,1 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 84,8 faiz təşkil etmişdir. 2011-ci ilin yanvar-mart aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 603,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,6 faiz artmışdır.