Skip to content Skip to main navigation Skip to footer

İctimai iaşə







2017-ci ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz artaraq 810,1 milyon manat olmuşdur. Dövriyyənin 45,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 15,8 faiz artaraq 364,5 milyon manat təşkil etmişdir.