Ödənişli xidmətlər haqqında
26.12.2017 00:00
2017-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 100,0 faiz təşkil edərək 4553000 min manat olmuşdur. Xidmətlərin 59,1 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 2689493,8 min manatlıq xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən ödənişli xidmətlərin həcmi 1863506,2 min manat olmuşdur.