Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2017-ci ilin yanvar-oktyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 52,3 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 13,1 faiz artaraq 853,6 manat təşkil etmişdir. 2017-ci ilin yanvar-oktyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,6 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artaraq 1103,7 manat təşkil etmişdir. Cari ilin yanvar-oktyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 782,8 manat olmuşdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 15,6 faiz artaraq 1449,3 manat təşkil etmişdir.