Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







   2017-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4,2 faiz azalaraq 33,2 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 81,6 faizi mədənçıxarma, 16,0 faizi emal, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 81,4 faiz olmuşdur. Ümumi istehsalın 86,4 faizi sənaye məhsulunun istehsalı, 13,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.   
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2018-ci il vəziyyətinə 203,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.    
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 14,1 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.