Tikintinin əsas göstəriciləri
06.02.2018 00:00
2017-ci ildə Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, “Baku Agropark” istixana kompleksi, Balaxanı Sənaye Parkı, Bakı-Tbilisi-Qars dəmir yolu, Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat avtomobil yolu istifadəyə verilmişdir.
2017-ci ildə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11563,8 milyon manat və ya əvvəlki illə müqayisədə 0,1 faiz az vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 22,6 faizi dövlət, 77,4 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 66,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
2017-ci ilidə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,1 faizini əsaslı təmir, 3,8 faizini cari təmir, 19,8 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 86,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.