İctimai iaşə
06.02.2018 00:00
2017-ci ildə ictimai iaşə dövriyyəsinin həcmi 2016-cı illə müqayisədə real ifadədə 4,2 faiz artaraq 945,4 milyon manat olmuşdur. Dövriyyənin 41,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı illə müqayisədə 12,6 faiz artaraq 392,4 milyon manat təşkil etmişdir.