Nəqliyyat və rabitə müəssisələrində işçilərin orta siyahı sayı və orta aylıq əmək haqqı
06.02.2018 00:00
2017-ci ilin yanvar-noyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 1,5 faiz artaraq 52,2 min nəfər olmuş, orta aylıq əmək haqqı isə 13,5 faiz artaraq 858,2 manat təşkil etmişdir.
2017-ci ilin yanvar-noyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 17,5 min nəfər olmuş, orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artaraq 1099,5 manat təşkil etmişdir. Dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 782,8 manat, qeyri-dövlət sektorunda isə 1441,2 manat təşkil etmişdir.