Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2018-ci ilin yanvar ayında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 0,7 faiz artaraq 3,4 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 86,3 faizi mədənçıxarma, 11,2 faizi emal, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 83,9 faiz olmuşdur. Ümumi istehsalın 86,0 faizi sənaye məhsulunun istehsalı, 14,0 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2018-ci il vəziyyətinə 361,6 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 24,6 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.