İctimai iaşə
28.02.2018 00:00
2018-ci ilin yanvar ayında ictimai iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 4,0 faiz artaraq 62,4 milyon manat olmuşdur. Dövriyyənin 46,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat ayında hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə əvvəlki ilin eyni ayına nisbətən 11,5 faiz artaraq 28,7 milyon manat təşkil etmişdir.