Tikintinin əsas göstəriciləri
29.03.2018 00:00
2018-ci ilin yanvar-fevral aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1453,1 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,7 faiz az vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 40,1 faizi dövlət, 59,9 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 74,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
2018-ci ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,8 faizini əsaslı təmir, 4,9 faizini cari təmir, 21,4 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 83,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.