İctimai iaşə
29.03.2018 00:00
2018-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 4,1 faiz artaraq 123,8 milyon manat olmuşdur. Dövriyyənin 47,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-fevral aylarına nisbətən 14,7 faiz artaraq 58,3 milyon manat təşkil etmişdir.