Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2018-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- mart ayları ilə müqayisədə 3,2 faiz artaraq 4713,0 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 2135,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,3 faiz artaraq 2577,2 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 20,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 66,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 10,3 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,1 faiz az istehlak məhsulları satılmışdır. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunmuşdur.