Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı və pullu xidmətlər haqqında







2010-cu ilin yanvar-may aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 2768,3 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 18,5 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 17,0 faizi hüquqi şəxslər, 83,0 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əhali istehlak mallarının 470,4 milyon manatlığını hüquqi şəxslərdən, 2297,9 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2009-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 4,6 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 21,8 faiz artmışdır. 2010-cu ilin yanvar-may aylarında əhaliyə 1133,5 milyon manatlıq və ya 2009-cu ilin müvafiq dövrünün səviyyəsindən 7,5 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 59,6 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 675,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 0,8 faiz çox xidmətlər göstərilmişdir. Fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi 19,1 faiz artaraq 457,6 milyon manata çatmışdır.