Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2018-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı istifadəyə verilmişdir. 2018-ci ilin yanvar-aprel aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3679,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,8 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 51,2 faizi dövlət, 48,8 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. 2018-ci ilin yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 69,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,9 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 18,3 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 82,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.