İctimai iaşə
30.05.2018 00:00
2018-ci ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 4,1 faiz artaraq 268,0 milyon manat olmuşdur. Dövriyyənin 51,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 48,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-aprel aylarına nisbətən 22,2 faiz artaraq 137,9 milyon manat təşkil etmişdir.