Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2018-ci ilin yanvar-may aylarında Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı istifadəyə verilmişdir. 2018-ci ilin yanvar-may aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4669,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 53,0 faizi dövlət, 47,0 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. 2018-ci ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,2 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 19,1 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 81,0 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.