Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2018-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,0 faiz artaraq 7636,2 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 3324,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,4 faiz artaraq 4311,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 21,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 64,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 16,9 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 11,6 faiz az istehlak məhsulları satılmışdır. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunmuşdur.