İctimai iaşə
03.07.2018 00:00
2018-ci ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 4,4 faiz artaraq 348,2 milyon manat olmuşdur. Dövriyyənin 54,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 45,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-may aylarına nisbətən 28,7 faiz artaraq 191,0 milyon manat təşkil etmişdir.