Məhsul bazarı haqqında
06.08.2018 00:00
2018-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8 faiz artaraq 9505,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 4359,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq 5146,0 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 23,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 63,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 19,8 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,9 faiz az istehlak məhsulları satılmışdır. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunmuşdur.