İctimai iaşə
06.08.2018 00:00
2018-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 5,2 faiz artaraq 451,1 milyon manat olmuşdur. Dövriyyənin 46,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 50,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-iyun aylarına nisbətən 20,9 faiz artaraq 223,8 milyon manat təşkil etmişdir.