Ödənişli xidmətlər haqqında
06.08.2018 00:00
2018-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 2372,9 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 1538,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətin ümumi dəyərinin 64,8 faizini təşkil etmişdir