Tikintinin əsas göstəriciləri
23.05.2011 00:00
2011-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 29358 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir.
2011-ci ilin yanvar-aprel aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 944,2 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,7 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasına 827,1 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 117,1 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
2011-ci ilin yanvar-aprel aylarında 185,2 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 83,8 faiz təşkil etmişdir.
2011-ci ilin yanvar-aprel aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 856,1 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 34,6 faiz artmışdır.