Məhsul bazarı haqqında
29.08.2018 00:00
2018-ci ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,0 faiz artaraq 10941,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4942,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 5999,1 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 23,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsi vasitəsilə 22,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 15,9 faiz az istehlak məhsulları satılmışdır.