İctimai iaşə
31.10.2018 00:00
2018-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,3 faiz artaraq 696,9 milyon manat olmuşdur. Dövriyyənin 48,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 51,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-sentyabr aylarına nisbətən 12,5 faiz artaraq 338,5 milyon manat təşkil etmişdir.