Ödənişli xidmətlər haqqında
31.10.2018 00:00
2018-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 3816,5 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2402,9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətin ümumi dəyərinin 63,0 faizini təşkil etmişdir.