İctimai iaşə
29.11.2018 00:00
2018-ci ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 6,7 faiz artaraq 792,4 milyon manat olmuşdur. Dövriyyənin 47,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-oktyabr aylarına nisbətən 12,2 faiz artaraq 376,2 milyon manat təşkil etmişdir.