İctimai iaşə
26.12.2018 00:00
2018-ci ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 887,6 milyon manat olmuşdur. Dövriyyənin 46,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən 11,3 faiz artaraq 416,2 milyon manat təşkil etmişdir.