Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı və pullu xidmətlər haqqında







2011-ci ilin yanvar-may aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 3136,3 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 2,7 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 18,6 faizi hüquqi şəxslər, 81,4 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əhali istehlak mallarının 584,7 milyon manatlığını hüquqi şəxslərdən, 2551,6 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2010-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 12,7 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 0,7 faiz artmışdır. Əhaliyə satılmış malların 1653,8 milyon manatını ərzaq, 1482,5 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 52,7 və 47,3 faiz təşkil etmişdir. 2011-ci ilin yanvar-may aylarında əhaliyə 1225,1 milyon manatlıq və ya 2010-cu ilin müvafiq dövrünün səviyyəsindən 3,8 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 57,2 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 701,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 0,4 faiz az xidmətlər göstərilmişdir. Fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi 10,0 faiz artaraq 524,1 milyon manata çatmışdır.