Tikintinin əsas göstəriciləri
13.02.2019 00:00
2018-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında tədris binası, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzi, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Binəqədi Rayon Məhkəməsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Gənclər Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən avtomobil yolu, 520 çarpayılıq 2 xəstəxana, 3500 şagird yerlik ümumitəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisələri istifadəyə verilmişdir.
2018-ci ilin yanvar-dekabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 69,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,1 faizini əsaslı təmir, 4,3 faizini cari təmir, 18,8 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 82,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.