Tikintinin əsas göstəriciləri
05.03.2019 00:00
2019-cu ilin yanvar ayında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı istifadəyə verilmişdir.
2019-cu ilin yanvar ayında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 503,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz az vəsait yönəldilmişdir.
Ümumi sərmayənin 37,3 faizi dövlət, 62,7 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 56,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
2019-cu ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,3 faizini əsaslı təmir, 5,9 faizini cari təmir, 23,5 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 82,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.